Şəkidə 40 yaşlı kişi intihar edib.
News24.a Lent.az-a istinadla xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib. Kənd sakini Seymur Qeysər oğlu Quliyev yaşadığı evin həyətyanı sahəsindəki mal tövləsində özünü asıb.
İntihar edən S.Quliyevin Əsəb xəstəliyindən əziyyət çəkdiyi məlum olub.
Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.