AZ

Şəkidə 40 yaşlı kişi intihar etdi

Şəkidə 40 yaşlı kişi intihar edib.

Teleqraf.com xəbər verir ki, hadisə rayonun Cəyirli kəndində baş verib.

Kənd sakini 1984-cü il təvəllüdlü Seymur Qeysər oğlu Quliyevin meyiti yaşadığı evin həyətyanı sahəsində mal tövləsindən asılı vəziyyətdə yaxınları tərəfindən aşkarlanıb.

Əsəb xəstəliyindən əziyyət çəkən S. Quliyevin intihar etdiyi məlum olub.

Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Müəllif: Teleqraf.com
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
72
8
teleqraf.com

10Mənbələr