RU

"Ukrayna bir "yanğını" söndürür, Rusiya yenisini törədir" - CNN cəbhədəki vəziyyəti dəyərləndirib

"Rusiyanın əsas məqsədi iki şərq regionuna tam nəzarəti əldə etməkdir..."
 
"Rusiya ordusu Xarkov əməliyyatını gerçəkləşdirməyə nail olmayıb və bu, USQ-nin sanballı nəticəsidir..."
 
Qərb müttəfiqlərinin öz silahları ilə Rusiya ərazisinə zərbələr endirməyə icazə verdikdən sonra Rusiyanın hücumu zəifləyib.
 
Moderator.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat verib.
 
Ukrayna Qərb silahı ilə Rusiya ərazisindəki mövqelərə zərbələr endirməyə icazə verildikdən sonra Xerson cəbhəsinin şimalında vəziyyəti sabitləşdirib.
 
Bu zaman Ukrayna qüvvələri aviasiya bombalarının zərbələri qarşısında müdafiəsiz qalıb.
 
Şərti adı "Bankir" olan Ukrayna Təhlükəsizlik Xidmətinin baş zabiti CNN-ə deyib ki, Rusiya ərazisindəki hədəfləri vurmaq imkanı artıq müsbət təsirini göstərir.
 
"Lokal əkshücum əməliyyatları aparmaq və düşmənin, məsələn, bir həftə öncə zəbt etdiyi əraziləri geri qaytarmaq imkanı yaranıb", - zabit deyib.
 
Ukrayna Ali Radasının milli təhlükəsizlik, müdafiə və kəşfiyyat məsələləri üzrə Komitə sədrinin müavini Yeqor Çernevin sözlərinə görə, Amerikanın HIMARS sistemi Rusiya mövqelərinə zərbələr üçün əsas silaha çevrilib.
 
HIMARS-larla zərbələr təhlükəsindən rusiyalılar C-300 və C-400 raket sistemlərindən Xarkov vilayətini az atəşlərə məruz qoyur, lakin sürüşkən bombalar problem olaraq qalır. Onlar elə hündürlükdən atılır ki, Ukrayna müdafiəsinin əlçatan zonasından kənarda qalır.
 
"Təəssüf ki, bizim Rusiya təyyarələrini hava limanlarında Amerika silahı ilə vurmağa icazəmiz yoxdur, bizim ATACMS raketlərilə Rusiya ərazisində istifadə etməyə icazəmiz yoxdur", - Çernev deyib və uzaqmənzilli raket sistemini nəzərdə tutub.
 
"Bu səbəbdən biz indiyədək öz ərazimizdə planer bombaları ilə zərbələr endiilməsi məsələsini həll edə bilmirik. Xarkov və digər sərhəd rayonları hələ də bomba zərbələrindən çox ziyan çəkir, çoxsaylı dinc sakin həlak olur".
 
Rusiya qoşunlarının irəliləməsi zəifləyib, lakin işğalçılar ölkənin şimalında yeni cəhbə xətti boyunca hücum etməkdə davam edir.
 
Rusiyalılar diqqəti Xarkovdan şimala Qlıbokoye kəndindən irəliyə getmək üzərində cəmləşdirib. Əgər Rusiya qoşunları orada möhkəmlənərsə, onlar Xarkovdan 30 km şimala Liptsı kəndinədək irəliyə gedə biləcək və oradan şəhəri artilleriya ətəşlərinə məruz qoyacaq.
 
Xarkovdan şimal-şərqə Rusiya qoşunları Volçansk şəhərində mövqelərini qoruyub saxlamaqda davam edir. 
 
Ukrayna hərbçilərinin ölkənin şərqində nümayəndəsi Nazar Voloşinin sözlərinə görə, döyüşlər küçələrdə gedir, lakin şəhərin böyük hissəsi USQ-nin nəzarətindədir.
 
Xarkov vilayətində ruslara müqavimət göstərmək üçün Ukrayna Donetsk və Luqansk vilayətlərində cəbhənin digər sahələrindən insanları və silahı buraya cəlb etməyə məcburdur.
 
Rusiyanın əsas məqsədi iki şərq regionuna tam nəzarəti əldə etməkdir. Voloşinin sözlərinə görə, məhz bu regionlara kifayət qədər fəal təzyiq edilir.
 
Şərqdə Moskva Donetsk vilayətində Çasov Yarı hədəfə alıb. Rusiya qoşunları müəyyən uğurlar əldə edib. Daha sonra cəbhənin şərq xətti boyunca rusiyalılar Avdeyevka şəhərindən qərbə doğru irəliləyib.
 
Rusiyanın Xarkov vilayətinə hücumu-son xəbərlər
 
Nazar Voloşin məlumat verib ki, Rusiya Ukrayna Müdafiə Qüvvələrinin bütün cəbhə boyunca mövqelərinə hücum etməkdən əl çəkmir.
 
İyunin 8-də Vladimir Zelenski bəyan edib ki, Rusiya ordusu Xarkov əməliyyatını gerçəkləşdirməyə nail olmayıb və bu, USQ-nin sanballı nəticəsidir.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
50
moderator.az

10Источники