Neftçala şəhərində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hərəkətdə olan "Mercedes" markalı avtomobil motosikletlə toqquşub.
Qəza nəticəsində rayonun Kürkənd kənd sakinləri, 2007-ci il təvəllüdlü Hüseyn Ruslan oğlu Hacıyev və 2004-cü il təvəllüdlü Əbülfəz İlham oğlu Qəribəliyev xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Faktla bağlı araşdırma aparılır.
(Report)