Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.
Bizim.Media apa.az-a xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.
1989-cu il təvəllüdlü Sərxan Saleh oğlu Namazov küçədə dava zamanı bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.
Xəstəxanada S.Namazov cərrahi əməliyyat edilib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта