EN

Maştağada 35 yaşlı kişi bıçaqlandı

Bakının Sabunçu rayonunda bir nəfər bıçaqlanıb.

Bizim.Media apa.az-a  xəbər verir ki, hadisə Maştağa qəsəbəsində baş verib.

1989-cu il təvəllüdlü Sərxan Saleh oğlu Namazov küçədə dava zamanı bıçaqlanıb. O, döş qəfəsinin kəsilmiş-deşilmiş xəsarəti ilə xəstəxanaya yerləşdirilib.

Xəstəxanada S.Namazov cərrahi əməliyyat edilib. Həkimlər onun vəziyyətinin kafi olduğunu bildiriblər.

Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

Bizim.Media

Chosen
89
5
bizim.media

8Sources