![Qətldə](https://azertag.az/files/2024/2/1200x630/171790614963913578_1200x630.jpg)
Bakı, 9 iyun, AZƏRTAC
İyunun 9-da saat 03 radələrində Hacı Zeynalabdin Tağıyev qəsəbəsində 1995-ci il təvəllüdlü Bayramov Nicat Əlövsət oğlunun kəsici-deşici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətindən AZƏRTAC-a bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 1999-cu il təvəllüdlü Nüsrət Anar oğlu Həsənəlili polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.
Araşdırma aparılır.