AZ

24 yaşlı gənc qətlə yetirildi – Tutulan var

  İyunun 10-da saat 18:30 radələrində Yevlax rayonu ərazisində 2000-ci il təvəllüdlü Abışov Elmir Habil oğlunun kəsici alətlə qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

 
 DİN Mətbuat Xidmətinin regional qrupundan  bildirilib ki, cinayət əməlini törətməkdə şübhəli bilinən 2004-cü il təvəllüdlü Abdullayev Tahir Ceyhun oğlu polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə saxlanılıb.

 
İlkin məlumata görə, cinayət hadisəsi şəxsi münasibətlər zəminində baş verib.

 
Araşdırma aparılır.  

Seçilən
100
50
referans.az

10Mənbələr