RU

Rusiya FIDE üzvlüyündən çıxarılıb

Beynəlxalq Şahmat Federasiyasının (FIDE) Komissiyası Rusiya Şahmat Federasiyasını (RŞF) iki il müddətinə təşkilata üzvlükdən məhrum edib.
Bu qərara səbəb Rusiya Şahmat Federasiyasına sanksiyalar altında olan şəxslərin daxil olması olub. Diskvalifikasiyaya RŞF-nin Krımda turnirlər və tədbirlər keçirməsi də təsir edib.
Sonuncu məqam isə siyasi neytrallığa əməl edilməməsi olub.
Bundan əlavə, FIDE prezidenti Arkadi Dvorkoviç RŞF Himayəçilər Şurasının üzvü olmasına görə töhmət alıb.
Qeyd edək ki, sözügedən qərar 60 gün sonra qüvvəyə minəcək.
Mənbə: Dw.com
Избранный
144
50
oxu.az

10Источники