AZ

Rusiya ATƏT-dən çıxır

Rusiya Federal Şurası Dövlət Duması ilə birlikdə Rusiyanın ATƏT Parlament Assambleyasının işində iştirakının dayandırılması və ölkənin həmin təşkilata ödənişlərin dondurulması barədə qərar hazırlayacaq.

"Unikal" xəbər verir ki, bu barədə Federasiya Şurasının mətbuat katibi Valentina Matvienko bildirib. 

"Tərəfdaşlar, mən bunu dəstəkləyirəm, gəlin Dövlət Dumasında həmkarlarımızla işləmək üçün komissiyaya bu tövsiyəni verək və bizim iştirakımızın dayandırılması və müvafiq olaraq Rusiya tərəfindən ATƏT Parlament Assambleyasına ödənişlərin dayandırılması barədə qərar hazırlayaq", - Matvienko Federal Şuranın iclasında deyib. 

Ağarza Elçinoğlu 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
38
50
unikal.az

10Mənbələr