RU

Evdəki qarışqalardan qurtulmaq üçün 8 HƏLL YOLU

Qarışqalar zəhmətkeş canlılardır. Yay boyu yuvalarına qida toplamağa çalışırlar Çox kiçik, eyni zaman təmiz canlı olsalar da, bir araya gəldikləri zaman evlərdə narahat edici görüntü yarada bilirlər. Bəs evimizdəki qarışqalardan necə xilas ola bilərik?

Yenicag.az 8 ən əsas təbii üsulu təqdim edir:

1) Qabartma tozu

Qabartma tozu qarışqaları qovmaq üçün ən yaxşı vasitələrdən biridir. Qarışqa yuvasına qabartma tozu tökün. Bu maddəyə həssas olan qarışqalar onun qoxusundan sonra bir daha evinizə gəlməyəcək.

2) Alma sirkəsi

Evdə qarışqalardan necə qurtulacağını soruşanların əksəriyyətinin sınadığı üsullardan biri sirkədir. Qarışqaları evinizdən çıxarmaq üçün alma sirkəsini su ilə qarışdıra bilərsiniz. Əldə etdiyiniz suyu qarışqa yuvalarına və ya onların ən çox gəzdikləri yerlərə tökün. Qarışqalar dərhal sirkə qoxusundan qaçacaqlar.

3) Nanə yağı

Qarışqa yuvalarının girişinə nanə yağı töksəniz, nanənin kəskin qoxusundan qarışqalar bir daha o əraziyə gəlməyəcək. Beləliklə, qarışqalar evinizdən uzaqlaşa bilər. Nanə yağı təbii, dərmansız üsullardan istifadə edərək qarışqalardan necə xilas olacağı ilə maraqlananlar üçün yaxşı bir vasitədir.

4) Qəhvə

Evə ayaq açan qarışqalardan necə qurtulacağınız sualının cavabının türk qəhvəsi olması sizi təəccübləndirə bilər. Qəhvə qarışqalar üçün yaxşı bir üsuldur. Özünüz üçün aldığınız türk qəhvəsinin qarışqaların yuvası üçün də saxlayın. Hər qarışqa yuvası üçün bir qaşıq qəhvə kifayət edəcəkdir.

5) Təbaşir

Qarışqalardan qurtulmağın yollarından biri təbaşirdir. Qarışqaların izlədiyi yolları təbaşirlə çəkin və 1-2 gün gözləyin. Qarışqa yuvasının ətrafındakı yerlər üçün də eyni prosesi sınayın. Təbaşirdə olan maddələr qarışqaların sevmədiyi və çəkindiyi maddələrdir.

6) Portağal qabığı

Ev şəraitində qarışqalardan necə qurtulacağı ilə maraqlananlar üçün xoş qoxusu ilə təravət verən portağal qabığı həll yoludur. Portağal qabığını xırda-xırda doğrayıb qarışqa yuvasının girişinə qoysanız, portağaldan ayrılan zəhərli maddələr qarışqaları uzaqlaşdıracaq. Əgər qarışqa sürüsü evinizdə özünə yer tapıbsa, bu vəziyyəti portağalla dərhal aradan qaldıra bilərsiniz.

7) Qara bibər

Qarışqalardan necə qurtulacağı ilə maraqlananlar üçün alternativ həll yolu qara bibərdir. Qara bibəri bir az su ilə qarışdırın. Bu suyu xüsusilə bağçaya açılan qapılara və balkon qapılarına tökün. Qarışqalar qara bibər qoxusundan narahat olacaq və evinizdən uzaqlaşacaq

8) Darçın və mixək

Darçın və mixək ədviyyatları qoxusu və tərkib hissəsi sayəsində qarışqaları uzaqlaşdırmağa kömək edir. Darçın çubuqları və mixəklərdən ibarət paketlər hazırlayıb qarışqaların ən çox gəzdikləri yerlərə yerləşdirə bilərsiniz.

İsmayıl Bakuvi

Избранный
77
yenicag.az

1Источники