RU

Türkiyənin azərbaycanlı astronavtı kosmosa uçur VİDEO

Nyu-Meksiko, 8 iyun, AZƏRTAC

Bu gün Türkiyənin azərbaycanlı astronavtı Tuva Cihangir Atasever ABŞ-ın “Spaceport” (Nyu-Meksiko ştatı) kosmodromundan kosmosa uçur. AZƏRTAC-ın Nyu-Meksikoya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, missiya zamanı o, üzərində Türkiyə və Azərbaycan bayraqları işlənmiş forma geyinib. Astronavt uçuş missiyasına əlində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın “TEKNOFEST” festivalı çərçivəsində ona təqdim etdiyi Türkiyə bayrağı və Azərbaycan bayrağı ilə başlayır.

Təxminən bir saat yarım davam edəcək uçuş ərzində 90 kilometr hündürlükdə 13 müxtəlif elmi təcrübə planlaşdırılıb.

Qeyd edək ki, Türkiyə Cümhuriyyətinin 100 illiyində Türkiyə Kosmik Agentliyi və TUBİTAK-ın seçimi əsasında 2 astronavt kosmosa uçuş haqqı qazanıb. Prezident Rəcəb Tayyib Ərdoğan ötən ilin aprel ayında İstanbulda keçirilən TEKNOFEST–də Türkiyənin ilk astronavtlarının Alper Gezeravcı və Tuva Cahangir Atasever olacağını elan edib. Onlar 36 min namizədin arasından seçilib.

Astronavtlar - Alper Gezeravcı ve Tuva Cihangir Atasever bir ildən çox NASA-da sıx təlim proqramından keçiblər.

Məlahət Nəcəfova

AZƏRTAC-ın xüsusi müxbiri

Nyu-Meksiko

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
102
16
azertag.az

10Источники