AZ

Türkiyənin azərbaycanlı astronavtı Yerə QAYITDI - FOTO/VİDEO

Aralarında Türkiyənin ikinci astronavtı Tuva Cihangir Ataseverin də olduğu "VSS Unity" suborbital gəmi kosmosda missiyasını başa vurub.

Bizim.Media xəbər verir ki, yerli vaxtla saat 08:30 başlayan uçuş bir saat iyirmi dəqiqə davam edib. 

Uçuşdan təxminən 40 dəqiqə sonra astronavtların olduğu kosmik kapsul daşıyıcı raketdən ayrılıb. 15 dəqiqə ərzində elmi təcrübələr həyata keçirilib. Belə ki, daşıyıcı təyyarə ilə təxminən 45 min fut yüksəkliyə çatdıqdan sonra vasitə, hibrid yanacaq raket mühərrikini işə salaraq təxminən 90 kilometr yüksəkliyə çatdı.

Daha sonra əvvəl kosmik kapsul, ardınca daşıyıcı raket Yerə uğurlu eniş edib.

Missiya zamanı Türkiyənin azərbaycanlı astronavtı Atasever üzərində Azərbaycan və Türkiyə bayraqları işlənmiş forma geyinib.
 



Bizim.Media
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
53
3
bizim.media

10Mənbələr