RU

Polis axtarışda olan 6 nəfəri tapıb

Daxil olmuş müraciətlər əsasında polis əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində mayın 16-dan Salyan rayonunun Arbatan kəndi ərazisində itkin düşmüş kimi axtarışda olan 41 yaşlı qadın, mayın 16-dan Ağsu rayonu ərazisində itkin düşmüş kimi axtarışda olan 32 yaşlı kişi tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Bu barədə Avtosfer.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Həmçinin mayın 22-dən Xəzər rayonunun Buzovna qəsəbəsində itkin düşmüş kimi axtarışda olan 18 yaşlı oğlan, iyunun 1-dən Gəncə şəhəri ərazisində itkin düşmüş kimi axtarışda olan 21 yaşlı oğlan, iyunun 6-da Gəncə şəhəri ərazisində azyaşlı qızı ilə birgə itkin düşmüş kimi axtarışda olan qadın tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Избранный
137
8
avtosfer.az

10Источники