2024/2025-ci illər mövsümünün transfer çalışmalarını davam etdirən “Səbail” iki yeni futbolçunu heyətinə qatıb.
“Football-plus.az” xəbər verir ki, “dənizçilər” son olaraq, “Kəpəz”də çıxış etmiş 24 yaşlı müdafiəçi Vüsal Məsimovu və “Qarabağ”ın 22 yaşlı yarımmüdafiəçisi Nihat Quliyevi transfer ediblər. Hər iki futbolçu ilə 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, "Səbail" daha əvvəl Fərid Nəbiyevi heyətinə qatıb.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта