Rusiya Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verdi
Rusiya Daxili İşlər Nazirliyi Ukraynanın keçmiş baş naziri Yuliya Timoşenkonu axtarışa verib. Yeniavaz.com TASS-a istinadla xəbər verir ki, bu barədə məlumat Rusiya Daxili İşlər Nazirliyinin axtarış bazasında yerləşdirilib. “Yuliya Vladimirovna Timoşenko Cinayət Məcəlləsinin maddəsi ilə axtarışa verilib”, - məlumat bazasında qeyd edilib. Məlumat bazasında axtarışın konkret hansı maddə ilə aparıldığı barədə məlumat verilməyib. Qeyd edə ki, Timoşenko 2005-ci ildə və 2007-2010-cu illərdə Ukraynanın baş naziri olub. O, ÜmumUkrayna İttifaqının “Batkivşina” partiyasının lideridir. Timoşenko MDB məkanında ilk qadın baş nazirdir.