RU

Putin: Nüvə silahından istifadə ilə bağlı vəziyyət yoxdur

“Rusiyanın suverenliyinə və ərazi bütövlüyünə təhlükə olmadığı üçün nüvə silahından istifadə üçün heç bir vəziyyət yoxdur».

Ednews “TRT Haber”ə istinadən xəbər verir ki, bunu Rusiya prezidentdi Sankt-Peterburqda keçirilən Beynəlxalq İqtisadi Forumda deyib.Ukrayna ilə danışıqlar məsələsinə toxunan Putin bütün silahlı münaqişələrin sülh sazişləri ilə nəticələndiyini qeyd edib:

"Kifayət qədər əhəmiyyətli bir Avropa ölkəsinin keçmiş liderlərindən biri mənə dedi ki, bütün bu razılaşmalar ya hərbi məğlubiyyətə, ya da qələbəyə əsaslana bilər. Təbii ki, qələbəyə nail olacağıq". 

Putin Kiyev administrasiyası ilə razılaşmaların kifayət qədər problemli olduğunu qeyd edib:

"Ukraynada hökumət legitimliyini itirib. Bu, ölkə konstitusiyasında da var”, - deyə Rusiya lideri əlavə edib.Nüvə silahından istifadə ilə gərginliyi Rusiyanın deyil, İngiltərənin başlatdığını bildirən Putin qarşılıqlı nüvə hücumları baş verərsə, çoxlu qurbanların olacağını, lakin bunun bu nöqtəyə çatmayacağını güman etdiyini ifadə edib.Rusiyanın əlində olan nüvə silahlarının ABŞ-nin Yaponiyada istifadə etdiyi silahlardan 4 dəfə güclü olduğuna diqqət çəkən Putin hər kəsi boş yerə nüvə müharibəsindən danışmamağa çağırıb.Rusiyanın Ukraynaya silah verən ölkələrin həssas hədəflərini vuracaq bölgələrə uzaqmənzilli silahlar göndərib-göndərməməsi ilə bağlı suala Putin belə cavab verib:

"Hələlik (silah) tədarük etmirik. Lakin biz bunu (silah tədarükü) dövlətlərə edirik”.

Ukraynadakı münaqişələrə görə ölkəsində yeni hərbi səfərbərliyə ehtiyac olmadığını vurğulayan Putin keçən il 300 mindən çox insanın səfərbərlik qərarı olmadan könüllü müqaviləli əsgər olduğunu, 160 mindən çox insanın isə müqavilə imzaladığını bildirib. Bundan əlavə, Putin bu il Rusiya ordusunun Donbas və digər münaqişə zonalarında 47 yaşayış məntəqəsi və 880 kvadrat kilometr ərazini Ukrayna ordusundan ələ keçirdiyi barədə məlumatı paylaşıb.

Mikayıl

Избранный
139
49
ednews.net

10Источники