AZ

Putin bu əraziyə nüvə zərbəsi endirə bilər - Professor

İndi Ukraynadakı müharibə səbəbindən nüvə eskalasiyası ilə bağlı xəbərdarlıqlar getdikcə artır. Məlumdur ki, bəzi dövlətlər öz silahları ilə Rusiya ərazisinin vurulmasına icazə veriblər və Fransa Prezidenti Emmanuel Makronun ukraynalılara təlim keçmək üçün öz qoşunlarını göndərmək planları Rusiyanın cavab olaraq nüvə zərbəsi endirə biləcəyi ilə bağlı narahatlıqları artırıb.

Aktual.az  xəbər verir ki, bu barədə amerikalı professor Rajan Menon "Quardian" nəşrində yazdığı məqalədə bildirib.

Qeyd olunur ki, eskalasiya risklərini müəyyən etmək son dərəcə çətindir. Nüvə müharibəsi ilə bağlı proqnoz vermək mümkün deyil:

"Moskvanın yaxın çevrəsindən gələn bəyanatların dəyərini öyrənmək üçün də etibarlı yol yoxdur. Onlar Kremlin həqiqi inancları üçün etibarlı bələdçilərdirmi və buna görə Putinin əslində nə edə biləcəyini proqnozlaşdırmaq olarmı? Yoxsa bunlar Qərbi əsəbiləşdirmək və Ukraynanın NATO-nun verdiyi silahlarla nə edə biləcəyi ilə bağlı siyasətinə təsir etmək məqsədi daşıyan informasiya müharibəsinin bir hissəsidir?"

Professorun fikrincə, Vladimir Putinin ABŞ və ya Avropaya nüvə zərbəsi endirməyəcək, çünki bu, "intihar” olar.

O hesab edir ki, nüvə zərbəsi Qərbi Ukraynaya endirilə bilər, lakin bu da çox sayda insanın ölümünə səbəb olar.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
42
49
ulusum.az

10Mənbələr