ABŞ dövlət katibinin köməkçisi Ermənistana səfər edəcək
ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Ceyms O`Brayn iyunun 10-12-də Ermənistana səfər edəcək.Bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidməti məlumat yayıb.
Departamentin məlumatına görə, O'Brayn Ermənistan rəhbərliyi ilə ikitərəfli əməkdaşlıq və İrəvan və Bakı arasında sülh müqaviləsi məsələlərini müzakirə edəcək.