RU

Azərbaycan idmançısı 10-cu dəfə Avropa çempionu oldu

Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda cüdo üzrə usta cüdoçular arasında Avropa çempionatının ilk günündə Azərbaycan millisi 1 qızıl və 2 bürünc medal əldə edib.
 
Moderator.az xəbər verir ki, yarışın ilk günündə millimiz kişilər arasında M5, M6, M7 və M8 yaş kateqoriyası üzrə 7 idmançı ilə təmsil olunub.
 
M8 yaş kateqoriyası üzrə 90 kq çəki dərəcəsində yarışan Fərhad Rəcəbli bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu qələbə ilə o, usta cüdoçular arasında Avropa çempionatlarında 10-cu dəfə çempion tituluna sahib olub.
 
M7 yaş kateqoriyası üzrə 90 kq çəkidə Nazim Əliyev və M8 yaş kateqoriyası üzrə 66 kq çəkidə Vahid Azərpur bürünc medal qazanıblar.
 
M5 yaş kateqoriyası +100 kq çəkidə Qabil Qasımov 5-ci yerə çıxıb.
 
Избранный
91
14
moderator.az

10Источники