AZ

Fərhad Rəcəbli 10-cu dəfə Avropa çempionu oldu

Azərbaycan təmsilçisi Fərhad Rəcəbli veteran cüdoçular arasında keçirilən Avropa çempionatlarında 10-cu dəfə qızıl medal qazanıb.

Arena.az xəbər verir ki, o, son olaraq Bosniya və Herseqovinada keçirilən yarışda birinci olub.

Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində usta cüdoçular arasında təşkil olunmuş Avropa çempionatının ilk günündə Azərbaycan cüdoçuları 1 qızıl və 2 bürünc medal əldə ediblər.

Çempionatın ilk günündə Azərbaycan kişilər arasında M5, M6, M7 və M8 yaş kateqoriyası üzrə 7 idmançı ilə təmsil olunub.

M8 yaş kateqoriyası üzrə yarışan Fərhad Rəcəbli (-90 kq) bütün rəqiblərini məğlub edərək qızıl medal qazanıb. Bu qələbə ilə Rəcəbli usta cüdoçular arasında Avropa çempionatlarında 10-cu dəfə çempion tituluna sahib olub.

M7 yaş kateqoriyası üzrə Nazim Əliyev (-90 kq) və M8 yaş kateqoriyası üzrə Vahid Azərpur (-66 kq) bürünc medal qazanıblar.

M5 yaş kateqoriyası Qabil Qasımov (+100 kq) 5-ci yerlə kifayətlənib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
80
14
arena.az

10Mənbələr