Bu gün – 6 iyun tarixində Mərkəzi Bankda növbəti valyuta hərracı keçirilib və hərracda valyutaya tələb 97,5 milyon dollar təşkil edib. Yeniavaz.com xəbər verir ki, bundan əvvəlki – 2 iyun tarixində keçirilən sonuncu hərracla müqayisədə valyutaya tələb 24,7 milyon dollar çox olub. Belə ki, 2 iyun tarixində keçirilən hərracda 72,8 milyon dollar həcmində valyuta satılıb. Məlumat üçün bildirək ki, bu ilin əvvəlindən ötən dövr ərzində Mərkəzi Bank tərəfindən 39 hərrac keçirilib və bu hərraclarda ümumilikdə 3 milyard 63,6 milyon dollar satılıb. 9 yanvar – 74,9 milyon dollar 11 yanvar – 80,4 milyon dollar 16 yanvar – 52,9 milyon dollar 18 yanvar – 58 milyon dollar 23 yanvar – 43,9 milyon dollar 25 yanvar – 42,8 milyon dollar 30 yanvar – 64,2 milyon dollar 1 fevral – 78,7 milyon dollar 6 fevral – 79,7 milyon dollar 8 fevral – 61,4 milyon dollar 13 fevral – 151,5 milyon dollar 15 fevral – 103,9 milyon dollar 20 fevral – 102,6 milyon dollar 22 fevral – 108,1 milyon dollar 27 fevral – 105,1 milyon dollar 29 fevral – 80 milyon dollar 5 mart – 68,9 milyon dollar 7 mart – 79,1 milyon dollar 12 mart – 79,4 milyon dollar 14 mart – 83,3 milyon dollar 19 mart – 93 milyon dollar 28 mart – 94,6 milyon dollar 2 aprel – 97,9 milyon dollar 4 aprel – 64,5 milyon dollar 9 aprel – 78,9 milyon dollar 16 aprel – 72,4 milyon dollar 18 aprel – 79,8 milyon dollar 23 aprel – 77,4 milyon dollar 25 aprel – 75,4 milyon dollar 30 aprel – 77,1 milyon dollar 2 may – 73,5 milyon dollar 7 may – 75,1 milyon dollar 14 may – 107,1 milyon dollar 16 may – 44,9 milyon dollar 21 may – 77,9 milyon dollar 23 may – 69,6 milyon dollar 30 may – 110,5 milyon dollar 4 iyun – 72,8 milyon dollar 6 iyun – 97,5 milyon dollar