RU

Keyt Middlton heç vaxt kral vəzifələrinə QAYITMAYA BİLƏR

Keyt Middlton heç vaxt kral vəzifələrinə qayıtmaya bilər.

İnterpress.az xəbər verir ki, bu barədə “Page Six” məlumat yayıb.

Şahzadə Kate Middleton xərçəng diaqnozu qoyulduqdan sonra heç vaxt kral vəzifələrinə qayıtmaya bilər.

Nəşrin insayderi Keyt Middltonun öz gücünü və bədəninin imkanlarını qiymətləndirdiyini bildirib.

Kimyaterapiyadan sonra Uels şahzadəsi çox güman ki, əvvəlki işlərinə heç vaxt qayıtmayacaq.

Kral eksperti Riçard Fitsuillyams qeyd edib ki, istənilən halda şahzadə Uilyamın həyat yoldaşı həkimlərin fikirlərini dinləyəcək.

“Hər şey tibbi məsləhətə əsaslanacaq və diqqətlə balanslaşdırılacaq”, – o deyib.

Martın 22-də Kate Middleton profilaktik kimyaterapiyanın ilkin mərhələlərini keçdiyini açıqlayıb.

Şahzadə bildirib ki, xərçəng qarın əməliyyatından sonra edilən testlər zamanı aşkarlanıb. Bu açıqlamadan sonra Böyük Britaniya kralı şahzadə Uilyamın həyat yoldaşının cəsarəti ilə fəxr etdiyini etiraf edib.

Xuraman Etibarlı

İnterpress.az

Избранный
127
4
interpress.az

5Источники