RU

ABŞ-dan İranın dron sənayesinə qarşı yeni sanksiyalar!

ABŞ Dövlət Departamenti İran istehsalı olan və Rusiyaya verilən pilotsuz uçuş aparatları ilə əlaqəsi olduğu üçün 4 İran şirkəti və bir şəxsə qarşı yeni sanksiyalar tətbiq edəcəyini açıqlayıb.

Bu barədə ABŞ Dövlət Departamenti açıqlama yayıb.

Yeni sanksiyalara məruz qalan qurumlar İranın münaqişələri uzatmaq və regionda sabitliyi pozmaq üçün Rusiyaya, proksi qruplara və silahlı dəstələrə, öz tərəfdaşlarına verdiyi pilotsuz təyyarələrin inkişafı, istehsalı və yayılması ilə əlaqəlidirlər.

ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Millerin sözlərinə görə, bu sanksiyalar Avropa Birliyinin İranın dron sənayesinin qurulması və inkişafı ilə məşğul olan şəxslərə və qurumlara qarşı sanksiyalar tətbiq etməsi ilə eyni vaxtda tətbiq edilib.

“Biz Aİ-nin İranın sabitliyi pozan davranışını və Yaxın Şərqdə terrora dəstəyini hədəf alan yeni sanksiyalarını alqışlayırıq",- Miller bildirib.

Qeyd edək ki, Avropa Birliyinə üzv ölkələr iyunun 1-də Ukraynaya qarşı müharibədə istifadə edilmək üçün Rusiyaya pilotsuz təyyarələrin verilməsində və ya Yaxın Şərq, Qırmızı dəniz bölgəsindəki silahlı qruplara silah göndərilməsində rol oynadıqlarına görə İranın 6 fiziki şəxsinə və 3 qurumuna sanksiya tətbiq etmək barədə razılığa gəliblər.

visiontv.az




Избранный
132
8
visiontv.az

6Источники