"Qarabağ" rusiyalı qapıçısı Andrey Lunyovla yollarını ayırıb.
Sportnet.az xəbər verir ki, bu barədə klubdan report-a məlumat verilib.
Bildirilib ki, 32 yaşlı qolkiperin başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
Rusiyalı oyunçu ötən mövsümün əvvəlində Ağdam klubuna keçmişdi. O, "köhlən atlar"la Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.