AZ

“Qarabağ” Lunyovla vidalaşdı

“Qarabağ” rusiyalı qapıçısı Andrey Lunyovla yollarını ayırıb.

Msport.az xəbər verir ki, bu barədə “köhlən atlar”ın mətbuat xidməti məlumat yayıb. Ölkə çempionu 32 yaşlı qolkiperin başa çatan müqaviləsinin müddətini uzatmayıb.

Rusiyalı oyunçu ötən mövsümün əvvəlində Ağdam klubuna keçmişdi. O, “köhlən atlar”la Premyer Liqanın və Azərbaycan Kubokunun qalibi olub.

 

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
108
33
msport.az

10Mənbələr