Azərbaycan Respublikası Milli Məclisinin növbədənkənar sessiyasının 2024-cü il 7 iyun tarixli iclasının gündəliyinə təklif olunan məsələlər açıqlanıb.
7 iyunda keçiriləcək iclasının gündəliyinə 13 məsələ daxil edilib.
Gündəlikdə təklif olunan məsələlər aşağıdakılardır:
1. “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).
2. “Dövlət sosial müdafiə fondunun 2024-cü il büdcəsi haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsi (birinci oxunuş).