RU

Əri tərəfindən 27 bıçaq zərbəsi alan qadın sağ qaldı

Enver Dönmez adlı şəxs sükan arxasında əyləşən həyat yoldaşı Sinem Dönmezə qısqanclıq zəminində 27 bıçaq zərbəsi vurub. 

AZXEBER.COM Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Türkiyənin Hatay bölgəsində baş verib. 
Belə ki, 10 ildir evli olan 2 uşaq anası Sinem Dönmez (30 yaş) uşağını mühafizə polisi olan əri Ənvər Dönmez (39 yaş) ilə fərdi dərsə göndərib.  

Sinem Dönmez avtomobilin sükanı arxasına keçərək həyat yoldaşından əvvəl təhlükəsizlik kəmərini bağlayıb.  

Bu vaxt arxadan gələn Ənvər maşında 4 yaşlı oğlu olsa da, sükan arxasında olan həyat yoldaşına bıçaqla zərbələr endirib. 

Təhlükəsizlik kəməri taxdığı üçün yerindən tərpənə bilməyən Sinem Dönmez qışqıraraq kömək istəyib. Bu sırada yolda olan polis qrupları qadının köməyinə çatıb. 

Polislər dayanması üçün Ənvərin ayağından atəş açıblar. 

Sinem 3 dəfə əməliyyat olunub və möcüzə nəticəsində sağ qalıb. 

Bədənindən 27 bıçaq yarası alan və ağır yaralanan Sinem Dönmez polislərin çağırdığı təcili yardım qrupları tərəfindən xəstəxanaya aparılıb.  

Ayağından yaralanan Enver Dönmez müalicəsinin ardından nəzarətə götürülüb. Həyat yoldaşını qısqanclıq zəminində bıçaqladığı iddia edilən Sönməz sövq edildiyi növbətçi məhkəmə tərəfindən həbs edilib. 

Oksana
Избранный
97
5
azxeber.com

6Источники