RU

Belarusda NÜVƏ HAZIRLIĞI - NATO-Rusiya ilə müharibə astanasında? - ŞƏRH

Belarus Hərbi Hava Qüvvələri və Hava Hücumundan Müdafiə komandanının müavini Leonid Davidoviç  STV telekanalına müsahibəsində deyib ki, “Belarus ordusu qeyri-strateji nüvə silahlarından istifadə üzrə tam silsilə təlimləri uğurla başa vurub”. Onun sözlərinə görə, Belarus ekipajları və mühəndis heyəti uzun müddət həm nəzəri, həm də praktiki hazırlıq keçib. Bəs bu, Ukrayna-Rusiya münaqişəsinin gedişatına necə təsir edə bilər? Rusiya və NATO arasında genişmiqyaslı müharibə gözlənilirmi?

Mövzu ilə bağlı ukraynalı hərbi ekspert Vadim Tryuxan fikirlərini bölüşüb. O, bunun "blef" olduğunu əsaslandırıb:

"Bunun heç bir təsiri olmayacaq, çünki onlar həmin silahlara nəzarət etmirlər. Ruslar bu silahlara nəzarət edirlər. Bu ilkin məsələdir. İkinci məqam isə Qərbi qorxutmaq cəhdidir. Onlar belə bir qorxu hekayəsi yaradaraq NATO - nu regiondan çəkindirməyə çalışırlar. Uzun müddətdir ki, heç kim ukraynalıları qorxuda bilmədiyiniə görə, indi onlar Qərbi qorxutmağa çalışırlar ki, bəlkə gedişata hansısa təsiri olar. Bu cür addımları sadəcə "blef" adlandırmaq olar. Belarusların bu nüvə silahlarından istifadə etməsindən söhbət gedə bilməz. Belarus prezidenti Aleksandr Lukaşenko, generalları kimi, çox vaxt "axmaq" kimi görünsələr də, əslində elə deyillər. Onlar Rusiya ordusunun Ukraynada necə darmadağın edildiyini çox gözəl görürlər. Onlar çox gözəl başa düşürlər ki, onları müharibəyə sürükləyən ruslar, yumşaq dildə desək, böyük bəlalarla -  Belarusdan Ukraynaya gələcək on minlərlə tabut və dağıdılmış avadanlıqlar doludur. Ona görə də üzlərini xilas etmək üçün belə bəyanatlar verirlər. Belə formada da Rusiya tərəfində müharibəyə çəkilməmək üçün öz ətraflarında dolanmağa davam edəcəklər. Ona görə də hesab edirəm ki, indi işğalçılıq baxımından Belarusdan qətiyyən heç nə gözləməməliyik. Lakin buna baxmayaraq, Ukrayna başa düşür ki, Rusiya Belarus ərazisindən istifadə edə bilər. Ona görə də Belarusla sərhəd mümkün qədər möhkəmlənir. Biz orada kifayət qədər qoşun saxlamağa məcburuq". 

Ekspert NATO və Rusiya arasındakı potensial müharibəyə də toxunub:

"Rusiya hər gün bəyan edir ki, biz Ukrayna ilə yox, NATO ilə vuruşuruq. Onlar hesab edirlər ki, NATO ilə, amerikalılarla müharibə aparırlar. Bu realdır lakin, dünyanın II ən güclü ordusuna sahib Rusiyanın burada büdrəməsi də ayrıca bir reallıqdır. Hansı ki, Ukraynanın adı  bu siyahılarda ön sıralarda heç vaxt səsləndirilməyib. Lakin bütün bunlara rəğmən reallıq odur ki, NATO-nun müharibəyə sürüklənməsi olduqca real ssenaridir.Əgər Rusiya oyundakı payını daha da artırmaq qərarına gəlsə, məsələn, Narvaya getsə və ya orada Rusiya-Finlandiya və ya Rusiya-Norveç sərhədində hansısa təxribatlar törətsə, hər şey ola bilər. Baxmayaraq ki, hazırda hətta norveçli generallar da bu yaxınlarda Ukraynada Kola yarımadasında olan Rusiya quru qoşunlarının məhv edildiyini bildiriblər.

Yəni Rusiyanın Avropanın şimalındakı NATO ölkələrinə qarşı, Baltikyanı ölkələrə qarşı mübarizə aparacaq heç nə yoxdur. Əgər onlar indi öz rütbələrini silahla Xarkov vilayətində cəbhəyə göndərirlərsə, onları güllələməklə hədələyirlərsə, deməli, onların döyüşəcək heç kimsələri yoxdur. Ruslar Ukraynada döyüşmək, daha doğrusu ölmək istəmirlər, amma məcburdurlar. Ona görə də heç bir ssenarini istisna etmək olmaz, amma reallıqda NATO müharibəyə sürüklənərsə, o zaman faktiki olaraq bu bir neçə gündə başa çatacaq. Texnoloji cəhətdən Rusiyanın NATO-ya qarşı dura biləcək heç bir şeyi yoxdur, təbii ki, nüvə silahı istisna olmaqla, bir çox analitiklərin fikrincə, ən azı bu vəziyyətdə istifadəsi tamamilə ağlasığmazdır. Rusiya elitasının özü Putinin belə bir addım atmasına imkan verməyəcək. Ona görə bu çərçivədə NATO - Rusiya müharibəsini gözləmək mənasız olar".

Əkbər Novruz

Избранный
124
50
ednews.net

10Источники