AZ

Dehli Moskva ilə əlaqələri kəsmək niyyətində deyil - ABŞ

ABŞ administrasiyası Hindistanın Rusiya ilə əlaqələri kəsmək niyyətində olmadığını bilir, lakin Vaşinqton bu mövzunu Yeni Dehli ilə müzakirə etməyə davam etmək istəyir.

Axar.az xəbər verir ki, bu sözləri ABŞ prezidentinin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan deyib.

“Hindistanla münasibətlərimiz baxımından biz Hind-Sakit okean regionunda texnologiya, iqtisadiyyat, idarəetmə və geosiyasət sahələrində inanılmaz imkanlar görürük və digər ölkələrlə əlaqələri olan iki suveren dövlət kimi bu əlaqələri dərinləşdirmək istəyirik. Hindistanın isə Rusiya ilə kəsməyəcəyi tarixi əlaqələri var”, - deyə o bildirib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
1
axar.az

10Mənbələr