RU

"Qarabağ" fransalı hücumçusu ilə vidalaşıb

"Qarabağ" futbolçusu Adama Diakabi ilə yollarını ayırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ağdam klubu məlumat yayıb.
Bildirilib ki, 28 yaşlı fransalı hücumçunun 2023/24 mövsümünün sonunda başa çatan müqaviləsinin müddəti uzadılmayıb.
2023-cü ilin yanvarından "Qarabağ"da çıxış edən Diakabi 33 matçda yeddi qol vurub. O, Premyer Liqada 24 (beş qol), ölkə kubokda iki (iki qol), avrokuboklarda yeddi oyun keçirib.

Fransalı futbolçu "Qarabağ"la iki dəfə Azərbaycan çempionu olub, bir dəfə ölkə kubokunun qalibi adını qazanıb.
Избранный
134
29
oxu.az

10Источники