Tayvan sahillərində 5,2 bal gücündə zəlzələ baş verib.
Ekologiya.az "Modern"-nə istinadla xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Yeraltı təkanların episentri 1 milyondan çox insanın yaşadığı Tayçunq şəhərindən 12 km şərqdə olub.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb.