AZ

İranda güclü zəlzələ baş verdi

İranın Rəzəvi Xorasan əyalətində 4,9 bal gücündə zəlzələ baş verib.   Manset.az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb. Bildirilib ki, yeraltı təkanların episentri təxminən 96,1 min nəfər əhalisi olan Kaşmir şəhərindən 3 km şimal-qərbdə, 10 km dərinlikdə yerləşib.

İRNA agentliyi isə zəlzələnin 5 bal gücündə olduğu haqda məlumat yayıb. İran Qızıl Aypara Cəmiyyətinin iki qrupu vəziyyəti qiymətləndirmək üçün hadisə yerinə göndərilib. Tələfat və dağıntılar barədə hələlik məlumat verilməyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
145
43
manset.az

10Mənbələr