RU

Neymar komanda yoldaşının avtomobilinin təkərlərini bıçaqladı

“Əl-Hilal”ın braziliyalı ulduzu, hücumçu Neymar komanda yoldaşı, həmvətəni, sol cinah müdafiəçisi Renan Lodiyə “qulaqburması” verib.

Arena.az “Actu Foot” dərgisinə istinadən məlumat verir ki, o, Lodinin avtomobilinin təkərlərini bıçaqla deşərək, doğrayıb.

Braziliyalı ulduz bu əcaib hoqqasını, Lodinin onun idman ayaqqabılarının iplərinə düyün vurduğuna görə komanda yoldaşına “qulaqburması” vermək məqsədilə çıxarıb. Qarşı tərəfin Neymarın bu əməlinə münasibəti, həmçinin tərəflər arasında hazırkı münasibət haqda məlumat verilmir. Vurğulanır ki, qürbətdə olan braziliyalılar arasında zarafatların şitliyi adi haldır. Onlar necə küsüşsələr də, sonda barışır və bir-birini ayağa vermirlər.

Neymar ötən ilin yayında, PSJ-də 6 il keçirdikdən sonra “Əl-Hilal”a keçib. Tərəflər arasında sonradan 1 il uzadılmaq imkanını özündə ehtiva edən, müddəti 2025-ci ilin iyun ayının sonuna qədər nəzərdə tutulmuş müqavilə imzalanıb. Transfer ərəblərə 90 milyon avroya başa gəlib. Bu məbləğ Neymarın təxmin edilən bazar qiymətindən bahadır.

Cari mövsümdə təcrübəli hücumçu “Əl-Hilal”ın heyətində bütün yarışlarda 5 oyuna çıxıb, 1 qol vurub, 3 məhsuldar ötürmə verib.

Neymar 2010-cu ilin avqustunda debüt etdiyi Braziliya yığmasının heyətində 128 oyun keçirib, 79 qol vurub, 58 məhsuldar ötürmə verib.

“Transfermarkt” internet-portalı 32 yaşlı braziliyalı ulduz futbolçunun transfer dəyərini 45 milyon avro məbləğində qiymətləndirir.

Xatırladaq ki, Neymar 2026-cı il dünya çempionatının (DÇ-2026) seçmə mərhələsi çərçivəsində Braziliya millisinin Uruqvay yığmasına qarşı keçirdiyi oyunda (0:2) ağır zədə almış və bu səbəblə cərrahi əməliyyat edilmişdi.

Hazırda ulduz futbolçu dizinin çarpaz bağının yırtığından sonra bərpa prosesi keçir və fiziki formasının bərpası üzrə məşqlərlə məşğuldur.

Избранный
93
2
arena.az

10Источники