RU

Şabranda regional medianın inkişafı ilə bağlı konfrans keçirilib

Medianın İnkişafı Agentliyinin (MEDİA) təşkilatçılığı ilə Şimal bölgəsində fəaliyyət göstərən region mediası subyektlərinin nümayəndələrinin iştirakı ilə Şabran şəhərində konfrans keçirilib.

“İki sahil” xəbər verir ki, konfransda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin İcraçı direktorun müavini Natiq Məmmədli, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Hüquq şöbəsinin müdiri Adil Tağıyev, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media təhlili şöbəsinin müdiri Səbinə Seyidova, Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Media dəstək layihələn, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova və media nümayəndələri iştirak ediblər.

Tədbirdə açılış nitqi ilə çıxış edən Medianın İnkişafı Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli bildirib ki, ölkə üzrə medianın hərtərəfli inkişafını stimullaşdırmaq, resurs və informasiya əlçatanlığını artırmaq, media nümayəndələrinin fərdi və peşəkar inkişafı istiqamətində fikir mübadiləsi aparmaq məqsədilə həyata keçirilən konfrans regionlarda fəaliyyət göstərən media nümayəndələri üçün müzakirə platforması yaratmağı, onların professional bacarıqlarını təkmilləşdirməyi, eyni zamanda sahə üzrə hüquq normaları barədə məlumatlılıq səviyyəsinin yüksəldilməsini hədəfləyir.

Daha sonra Agentliyin Hüquq şöbəsinin müdiri Adil Tağıyev “Azərbaycanda media mühitinin hüquqi tənzimlənməsinin yeni mexanizmləri”, Media təhlil şöbəsinin müdiri Səbinə Seyidova isə “Sosial mediada jurnalistlərin peşə davranış qaydaları” mövzusunda təqdimatlarla çıxış ediblər.

Regionda fəaliyyət göstərən jurnalistlərin iştirakı ilə keçirilən təlimdə isə Agentliyin Media dəstək layihələri, strateji planlaşdırma və informasiya texnologiyaları departamentinin direktoru Ləman İsgəndərova “Media savadlılığı” mövzusunda çıxış edib, sonda jurnalistlərə təlimdə fəal iştiraka görə sertifikatlar təqdim olunub.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
115
10
ikisahil.az

10Источники