RU

Ukrayna ordusundan flaş etiraf: Rusiya ABŞ tanklarını məhv etdi

Ukrayna əsgərləri ABŞ-ın verdiyi tankların Rusiya hücumlarına qarşı hədəfə çevrildiyini qeyd edərək, "ABŞ zirehləri Rusiya artilleriyasına və pilotsuz təyyarələrin hücumlarına qarşı kifayət deyil. Ekipajı qorumur" deyib.

Turkustan.az xəbər verir ki, Amerikanın CNN mediasına müsahibə verən ukraynalı əsgərlər ABŞ-ın göndərdiyi Abrams tanklarının müharibədə gözlənildiyi qədər təsirli olmadığını bildiriblər.

Orduda ləqəbi Joker olan Ukrayna əsgəri, M1 Abrams tanklarının zirehinin artilleriya və pilotsuz təyyarə hücumlarına qarşı kifayət etmədiyini ifadə edərək, "Bu, ekipajı qorumur. İndiki vəziyyətdə əslində pilotsuz təyyarələr savaşındayıq. Biz onu sahəyə apardığımız anda onu vurmağa çalışırlar.

47-ci Mexanikləşdirilmiş Briqadada Cokerlə birlikdə xidmət edən Dnepr də "Bu tanklar onu bir nömrəli hədəfə çevirdi" dedi.

"Müdafiəmiz olmadan ekipaj döyüş meydanında sağ qala bilməz" deyən Dnepr zədələnmiş zirehləri təmir edərək M1 Abrams-dan istifadə etməyə çalışdıqlarını bildirib.

Xəbərdə hər biri təqribən 10 milyon dollar dəyərində olan M1 Abramların Amerika ordusu tərəfindən İraq işğalında istifadə edildiyi, lakin avtomobilin zirehinin müasir silahlara qarşı aciz olduğu bildirilib.

ABŞ prezidenti Co Bayden yanvar ayında verdiyi açıqlamada Ukraynaya 31 M1 Abrams göndəriləcəyini açıqlamışdı. Bayden deyib ki, bu, " ABŞ-ın Ukraynaya qarşı davamlı və sarsılmaz öhdəliyinin sübutudur ".

Pentaqonun aprel ayında verdiyi açıqlamada Ukraynanın şərqində istifadə edilən tankların Rusiya pilotsuz təyyarələrinin hücumlarından sonra cəbhədən geri çəkildiyi bildirilib. Bununla belə, Ukrayna əsgərləri hələ də bəzi tanklardan istifadə etdiklərini bildiriblər. CNN bildirib ki, bölgəyə gedən müxbirlər ən azı 6 tank görüblər. Media orqanı Pentaqonun şərh tələblərinə cavab vermədiyini bildirib.

Xəbərdə ön cəbhədə pilotsuz təyyarələrdən ağır istifadənin zirehli texnikanın hərəkətini məhdudlaşdırdığına və onları zəiflətdiyinə diqqət çəkilib.

Ukrayna əsgərləri bildiriblər ki, tankların birbaşa toqquşduğu vəziyyətlər çox nadir hallarda baş verir və bunun əvəzinə qarşılıqlı minaatan hücumları həyata keçirilir. Lakin əsgərlər sursat çatışmazlığı səbəbindən toplardan səmərəli istifadə edə bilmədiklərini bildiriblər.

Ukrayna Müdafiə Nazirliyindən CNN ilə paylaşılan açıqlamada, "Bu müharibə üçün uyğun olmayan bütün vasitə və avadanlıqları nəzərdən keçiririk" deyilir.

Eltac Zülfüqaroğlu/Turkustan.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
125
27
turkustan.az

10Источники