AZ

Rusiya ordusu Ukraynada daha 1160 hərbçisini itirib

Rusiya ordusunun Ukraynada davam edən müharibə zamanı 1160 hərbçisi həlak olub.

Missiya.Az “RBC-Ukrayna”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Bildirilir ki, bununla da Rusiyanın Ukraynadakı itkilərinin sayı 506 min 260 nəfərə yüksəlib.

Qeyd olunub ki, bundan əlavə Ukrayna Silahlı Qüvvələri Rusiya ordusunun 10 tank, 35 artilleriya sistemi və 22 zirehli döyüş maşınını məhv edib.

Daşqın HəsənovMissiya.Az

Seçilən
194
18
missiya.az

10Mənbələr