RU

Blinken Ukraynanın NATO-ya inteqrasiyasının real nəticələrini açıqlayıb

İyulun 9-dan 11-dək Vaşinqtonda keçiriləcək NATO sammiti Ukraynanın alyansa inteqrasiyasının real nəticələrini verəcək.

 

Oxu24.com  xəbər verir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken Kişinyovda mətbuat konfransı zamanı deyib.

 

"ABŞ-da NATO sammiti yaxınlaşır, məncə, burada Ukraynanın alyansa gələcək inteqrasiyası ilə bağlı çox mühüm nəticələr görəcəksiniz", - xarici siyasət idarəsinin rəhbəri bildirib.

 

Blinken bundan əvvəl demişdi ki, Ukrayna öz müdafiə üsullarını müstəqil həll edir, lakin ABŞ Qərbin uzaqmənzilli silahlarının Rusiyaya hücumunu bəyənmir.

 

Eyni zamanda o əlavə edib ki, Vaşinqton Ukrayna qoşunlarını bütün lazımi resurslarla təmin edəcək.

 

Nigar

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
144
34
oxu24.com

10Источники