RU

Ulu Öndərə həsr olunan “ƏSRİN İZİ” sənədli filminin təqdimatı olub

IDDA Ümummilli Lider Heydər Əliyevin beynəlxalq neft strategiyası haqqında film çəkib və “ƏSRİN İZİ” adlı həmin sənədli filmin Albaniyada təqtimatını keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Beynəlxalq Dialog və İnkişaf Alyansının təşkilatçılığı ilə 23 may 2024 tarixdə Albaniyanın Tirana şəhərində Ümummilli Lider, Ulu Öndər Heydər Əliyevin beynəlxalq neft strategiyasına həsr olunmuş “ƏSRİN İZİ” adlı sənədli filminin təqdimatı keçirilib. Bu barədə SİA-ya Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və sədri, “ƏSRİN İZİ” sənədli filminin rəhbəri Prof.Dr. Nüşabə Məmmədova məlumat verib. Məlumatda qeyd olunur ki, tədbiri giriş sözü ilə açan Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və sədri, “ƏSRİN İZİ” sənədli filminin rəhbəri Prof.Dr. Nüşabə Məmmədova, Yeni Azərbaycan dövlətinin qurucusu, Ulu Öndər Heydər Əliyevin beynəlxalq neft siyasətinin nəticələri və perspektivləri ilə bağlı çıxış edib, film haqqında məlumat verib.

Diqqətə çatdıraq ki, tədbir Beynəlxalq Dialoq və İnkişaf Alyansı, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutu (AIIS) və IRI Araşdırma Dialoq və Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun (AIIS) icraçı direktoru xanım Alba CELA tədbirə moderatorluq etmişdir. Tədbirin açılışından sonra “ƏSİRİN İZİ” sənədli filminin geniş təqdimatı olub.

Əldə olunan məlumata görə, “ƏSRİN İZİ” sənədli filminin çəkilişləri AMEA-nın Rəyasət heyətinin binasında həyata keçirilibdir. Filmdə fəxri qonaq olaraq AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vaqif Abbasov, Azərbaycan Respublikası Milli Məclisinin Ailə Uşaq və Qadın məsələləri üzrə komitəsinin sədri Hicran Huseynova, BP Neft Şirkətinin vitse-prezidenti Baxtiyar Aslanbəyli, Azərbaycan Respublikası Baş Nazirinin sabiq birinci müavini İzzət Rüstəmov Ulu Öndər Heydər Əliyevin uğurlu xarici siyasətinin Azərbaycan üçün, eyni zamanda regional və beynəlxalq əhəmiyyəti haqqında çıxış ediblər.

Qeyd edək ki, filmin nümayişindən sonra tədbir çıxışlarla davam edib. Albaniya parlamentinin deputatı Florenc Spaho məruzə ilə çıxış edərək, Azərbaycan ilə Albaniya arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətindən, xüsusilə iqtisadiyyat, enerji, turizm və biznes sahələrində əldə olunan uğurlardan danışıb. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. IIR Araşdırma Dialoq və Əməkdaşlıq Təşkilatının direktoru Arben Ramkaj isə çıxış edərək, son illər Azərbaycan ilə Albaniya arasında bütün sahələrdə, o cümlədən enerji, iqtisadi və ticarət əlaqələrinin inkişafından danışıb. O, qeyd edib ki, bütün istiqamətlərdə əməkdaşlıq imkanlarının olması vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin artırılmasının vacibliyini şərtləndirir. “Biz inanırıq ki, bu tədbir ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək”, deyə IIR Araşdırma Dialoq və Əməkdaşlıq Təşkilatının direktoru Arben Ramkaj xüsusilə vurğulayıb.

Tədbirdə Azərbaycanla Albaniya arasında əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi barəsində çıxışlar olub və müzakirələrdə Albaniyanın rəsmi qurumlarından olan nümayəndələr, beynəlxalq təşkilatların nümayəndələri də iştirak ediblər. Sözügedən tədbirdə Azərbaycan Respublikasının Albaniyadakı səfirliyinin əməkdaşı Androkli Dralo da iştirak edib. Ümumiyyətlə, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Beynəlxalq Dialog və İnkişaf Alyansının təşkilatçılığı ilə 23 may 2024 tarixdə Albaniyanın Tirana şəhərində təşkil olunan tədbirdə, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun AIIS sədri Albert Rakipi, Albaniya Konstitusiya Məhkəməsinin rəsmi nümayəndəsi ⁠Përparim Kalo, Fransanın Albaniyada səfirinin siyasi məsələlər üzrə müşaviri Renaud Dorlhiac, Albaniya Durres Universitetinin rektoru Dr Gaqo Tanku, Albaniya Tirana Universitetinin rektoru Noela Mahmutaj, Albaniya Beder Universitetinin rektoru Gjergji Sinani, Albaniyada Beynəlxalq Ticarət Palatasının rəsmi nümayəndələrii Altin Sulina, Albaniya İctimai Asayiş Komitəsinin sədri Renaldo Haxhiraj, İctimai Asayiş Komitəsinin sədri, Kəşfiyyat Analitiki Ergys Muzhagi, Albaniya Atlantik Şurasının prezidenti Arian Starova, Albaniya Qadın İnkişaf və Mədəniyyət Mərkəzinin İcraçı Direktoru Rudina Collaku, Albaniyanın Yunanıstanda, Meksikada, Türkiyədə, İsraildə, İtaliyada keçmiş səfiri olmuş Dashnor Dervishi, həmçinin Albaniya Top Channel TV, Luljeta HYRA, TV Klan Media və digər mətbuat nümayəndələri də iştirak ediblər.

Müəllif: İnam Hacıyev
Избранный
161
4
sia.az

5Источники