AZ

Heydər Əliyevin Neft Siyasətinə Həsr Olunmuş Film: Əsrin İzi

Ümummilli lider, Uluöndər Heydər Əliyevin neft strategiyasına həsr olunmuş “ƏSRİN İZİ” adlı sənədli filminin təqdimatı keçirilib.

QHT.az xəbər verir ki, Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Beynəlxalq Dialog və İnkişaf Alyansının təşkilatçılığı ilə 23 may 2024 tarixdə Albaniyanın Tirana şəhərində Ümummilli lider, Uluöndər Heydər Əliyevin beynəlxalq neft strategiyasına həsr olunmuş “ƏSRİN İZİ” adlı sənədli filminin təqdimatı keçirilmişdir. Tədbir Beynəlxalq Dialoq və İnkişaf Alyansı, Albaniya Beynəlxalq Araşdırmalar İnstitutu (AIIS) və IRI Araşdırma Dialoq və Əməkdaşlıq Təşkilatının birgə təşkilatçılığı ilə keçirilib. Albaniya Beynəlxalq Araşdırmalar İnstitutunun (AIIS) icraçı direktoru xanım Alba CELA tədbirə moderatorluq etmişdir. Tədbiri giriş sözü ilə açan Beynəlxalq Dialog və İnkişaf Alyansının təsisçisi və sədri, “ƏSRİN İZİ” sənədli filminin rəhbəri Prof.Dr. Nüşabə Məmmədova, Yeni Azərbaycan dövlətinin qurucusu, Uluöndər Heydər Əliyevin beynəlxalq neft siyasətinin nəticələri və perspektivlərlə bağlı çıxış etmiş, film haqqında məlumat vermişdir. Tədbirin açılışından sonra “ƏSİRİN İZİ” sənədli filminin təqdimatı olub. “ƏSRİN İZİ” sənədli filminin çəkilişləri AMEA-nın Rəyasət heyətinin binasında həyata keçirilmişdir. Filmdə fəxri qonaq olaraq AMEA-nın prezidenti, akademik İsa HƏBİBBƏYLİ, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Neft və Kimya Prosesləri İnstitutunun direktoru, akademik Vagif ABBASOV, AR Milli Məclisinin Ailə Uşaq və Qadın məsələləri üzrə komitəsinin sədri Hicran HUSEYNOVA, BP Neft Şirkətinin vitse-prezidenti Baxtiyar ASLANBƏYLİ, Azərbaycan Respublikası Baş Nazirinin sabiq birinci müavini İzzət RÜSTƏMOV Uluöndər Heydər Əliyevin uğurlu xarici siyasətinin Azərbaycan üçün, eyni zamanda regional və beynəlxalq əhəmiyyəti haqqında çıxış etmişlər. Film, kino-rejissor Vugar Fətiyevin rəhbərlik etdiyi “Fatiyev Company” film istehsal şirkətində hazırlanmışdır. Filmin rejissoru Asker Ali Hacızadədir. Filmdə 20-dən çox aktyor və yaradıcı heyət iştirak etmişdir Filmin nümayişindən sonra tədbir çıxışlarla davam edib. Albaniya parlamentinin deputatı Florenc SPAHO məruzə ilə çıxış edərək Azərbaycan ilə Albaniya arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafının əhəmiyyətindən, xüsusilə iqtisadiyyat, enerji, turizm və biznes sahələrində əldə olunan uğurlardan danışıb. Bu əlaqələrin gələcəkdə daha da inkişaf etdirilməsinin vacibliyini bildirib. IIR Dinlərarası İnstitutunun direktoru Arben RAMKAJ çıxış edərək, son illər Azərbaycan ilə Albaniya arasında bütün sahələrdə, o cümlədən enerji, iqtisadi və ticarət əlaqələrinin inkişafından danışıb. O qeyd edib ki, bütün istiqamətlərdə əməkdaşlıq imkanlarının olması vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin artırılmasının vacibliyini şərtləndirir. O, xüsusi qeyd edib ki, “Biz inanırıq ki, bu tədbir ölkələrimiz arasında əlaqələrin daha da inkişafına və vətəndaş cəmiyyəti institutları arasında əlaqələrin möhkəmlənməsinə müsbət təsir göstərəcək”. Tədbirdə Azərbaycan Respublikasının Albaniyadakı səfirliyinin əməkdaşı Androkli DRALO iştirak edib. Tədbirdə Albania Beynəlxalq AIIS sədri Albert RAKİPİ, Albaniya Konstitusiya Məhkəməsinin rəsmi nümayəndəsi ⁠Përparim KALO, Fransanın Albaniyada səfirinin siyasi məsələlər üzrə müşaviri Renaud DORLHİAC, Albaniya Durres Universitetinin rektoru Dr Gaqo TANKU, Albaniya Tirana Universitetinin rektoru Noela MAHMUTAJ, Albaniya Beder Universitetinin rektoru Gjergji SİNANİ, Albaniyada Beynəlxalq Ticarət Palatasının rəsmi nümayəndələrii Altin SULİNA, Renaldo HAXHİRAJ, Albaniya İctimai Asayiş Komitəsinin sədri, kəşfiyyat üzrə analitik Ergys MUZHAGİ, Albaniya Atlantik Şurasının prezidenti Arian STAROVA, Albaniya Qadın İnkişaf və Mədəniyyət Mərkəzinin İcraçı Direktoru Rudina COLLAKU, AlbaniyanınYunanıstan, Meksika, Türkiyə, İsrail, italiyada keçmiş səfiri Dashnor DERVİSHİ, hməmçinin Albaniya Top Channel TV, Luljeta HYRA, TV Klan Media və digər nümayənlər iştirak ediblər

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
81
4
qht.az

5Mənbələr