RU

DiasporNyu-Yorkda Azərbaycanın Müstəqillik Gününə həsr olunmuş voleybol turniri keçirilib

ABŞ-nin Nyu-York şəhərində 28 May – Müstəqillik Gününə həsr olunmuş, həmvətənlərimizdən ibarət könüllü komandaların yarışdığı "Nyu-York-Bruklin" voleybol çempionatı keçirilib.

"Far.Az"un ABŞ bürosu xəbər verir ki, idman yarışı Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası və Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsinin birgə təşkilarçılığı ilə baş tutub.

Yarışda beş komandada (Nyu-Cersi, Nyu-York, Pensilvaniya, Nyu-York- Bruklin və Boston) toplanmış idmançılarımız yarışıblar. Gərgin mübarizə şəraitində keçən voleybol yarışında "Nyu-York- Bruklin" komandası birincilik əldə edib və çempion adını qazanıb. Komandanin kapitanı, sambo və MMA üzrə Ukrayna çempionu Teymur Həsənova Amerika-Azərbaycan Gənclər və İdman Assosiasiyası tərəfindən çempionluq diplomu təqdim olunub.

Assosiasiyanın sədri, ABŞ-də fəaliyyət göstərən azərbaycanlı idmançı, qaydasız döyüş növü (MMA) üzrə Avropa, ABŞ və dünya çempionu Elgün Xanoğlanlı çıxışında çempionatda iştirak edən bütün həmvətənlərimizə təşəkkür edib. Gənc idmançı Azərbaycanın keşməkeşli müstəqillik tarixindən danışıb. O, uzaq Amerikada yaşayan azərbaycanlı gənclərin müxtəlif peşə sahələrində, eləcə də idmanda ölkələrini layiqincə təmsil etdiklərini deyib. E.Xanoğlanlı rəhbərlik etdiyi assosiasiya tərəfindən təşkil olunan bu kimi idman yarışlarının artıq yerli ictimayyətin diqqətini çəkdiyini və bu görüşlərin mütəmadi olaraq keçiriləcəyini bildirib.

Görüşdə iştirak edən idmançılar öz güclərini ipdartma yarışında da sınayıblar.

Daha sonra həmvətənlərimiz Azərbaycan mətbəxinin ləziz təamlarını dadıb və ölkəmizi üç rəngli bayrağının fonunda xatirə fotosu çəkdiriblər.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
148
18
far.az

10Источники