AZ

"Azərbaycan Evi"nin rəsmi tərəfdaşlığı ilə Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib

"Azərbaycan Evi"nin rəsmi tərəfdaşlığı ilə Marneulidə ilk dəfə MMA döyüşləri üzrə turnir keçirilib.

"Report"un yerli bürosu xəbər verir ki, çempionatda Tbilisi, Rustavi, Batumidən 14 nəfər MMA döyüşçüsü birincilik uğrunda mübarizə aparıb.

Ümumilikdə 7 döyüş keçirilib. Qalib olanlar Gürcüstan çempionatına vəsiqə qazanıblar.

Qeyd edək ki, "Azərbaycan Evi"nin idman arenasında baş tutmuş çempionatda Mədəniyyət və İdman Nazirliyinin nümayəndəsi Qiorqi Qodabrelidze, Gürcüstan Parlamentinin deputatı Zaur Darğallı, Marneuli bələdiyyəsinin sədri Amiran Qiorqadze, "Azərbaycan Evi"nin direktoru Məhəbbət İmanov, digər rəsmilər və idman ictimaiyyətinin nümayəndələri iştirak edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
5
report.az

10Mənbələr