RU

Digər ölkələrZelenski Madridə səfər edəcək

Mayın 27-də Ukrayna Prezidenti Volodimir Zelenski İspaniyanın paytaxtı Madridə səfər edəcək.

“Report” xəbər verir ki, bu barədə İspaniya hökumətinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda Zelenskinin İspaniyanın Baş naziri Pedro Sançeslə görüşəcəyi, bundan sonra liderlərin yerli vaxtla saat 12:00-da Madriddə birgə mətbuat konfransı keçirəcəyi qeyd edilib.

Həmçinin Ukrayna lideri İspaniya kralı VI Felipe ilə də görüşəcək.

Xatırladaq ki, daha əvvəl Ukrayna Prezidenti Volodimir Zelenski cəbhədə vəziyyətin gərginləşməsi ilə əlaqədar İspaniya və Portuqaliyaya səfərini ertələmişdi.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
74
50
far.az

10Источники