Ukrayna prezidenti Volodimir Zelenski iyunun 11-də Almaniyaya səfər edəcək.
Missiya.Az “FAZ” nəşrinə istinadən xəbər verir ki, iyunun 11 və 12-də Berlində Ukraynanın bərpası ilə bağlı konfrans keçiriləcək.
Bildirilir ki, Ukrayna liderinin Bundestaqda çıxışı gözlənilir.
Məlumata görə, Zelenski Almaniya kansleri Olaf Şoltsla da görüşəcək.
Daşqın HəsənovMissiya.Az