RU

Türkiyədə baş verən dəhşətli zəlzələnin vurduğu ziyan AÇIQLANDI

“Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ iqtisadiyyata 104 milyard dollar dəyərində ziyan vurub”.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxışı zamanı bildirib.

Ərdoğan qeyd edib ki, yeraltı təkanlar zamanı təkcə evlərin deyil, həm də istehsal müəssisələrinin dağılıb, ölkənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna ziyan dəyib.

Qeyd edək ki, 2023-cü il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həlak olub.

Bizim.Media

 
Избранный
214
28
bizim.media

10Источники