AZ

Türkiyədə 2023-cü ildə zəlzələlərin vurduğu ziyan açıqlandı

Türkiyədə 2023-cü ildə zəlzələlərin vurduğu ziyanın məbləği rəsmən açıqlanıb.

Korrespondent.az bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Xarici İqtisadi Əlaqələr Şurasının 37-ci Baş Assambleyasında çıxış edərkən məlumat verib.

“Ümumilikdə 11 vilayətin və 14 milyon insanın zərər çəkdiyi zəlzələ iqtisadiyyata 104 milyard dollar dəyərində ziyan vurub”, - Ərdoğan bildirib.

O, təkcə evlərin yox, həm də istehsal müəssisələrinin dağıldığını, ölkənin cənub-şərqindəki şəhərlərin infrastrukturuna ziyan dəydiyini vurğulayıb.

Xatırladaq ki, ötən il fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində doqquz saat fərqlə 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib. Yeraltı təkanlar ölkənin 11 vilayətində və Suriya daxil olmaqla, digər qonşu ölkələrdə də hiss olunub. Son məlumatlara görə, təbii fəlakət zamanı Türkiyədə 53 mindən çox insan həyatını itirib.

Seçilən
92
50
korrespondent.az

10Mənbələr