Fransada futbol meydançasını ildırım vurması nəticəsində bir nəfər ölüb.
BiG.AZ xəbər verir ki, "Le Figaro" qəzetinin yazdığına görə, Pas-de-Kale əyalətinin Lens şəhəri yaxınlığındakı Kuryerdə futbol meydançasına ildırım düşüb.
Hadisə təxminən 30 nəfərlik futbol komandası Qabriel Peri meydançasında məşq edərkən baş verib.
İldırım vurması nəticəsində 1 nəfər ölüb, 1 nəfər ağır olmaqla 2 nəfər yaralanıb.
BiG.Az