"Qəbələ"nin qolkiperi Rəşad Əzizli yeni mövsümə Premyer Liqada başlayacaq.
Bizim.Media xəbər verir ki, qolkiperin sabiq klubu “Səbail” onu qaytarmaq istəyir.
"Səbail"lə yanaşı, daha iki komandanın 30 yaşlı futbolçunu transfer siyahısına daxil etdiyi bildirilir.
Rəşad mövsümün əvvəlində "Qəbələ" ilə bir illik müqavilə imzalamışdı. O, karyerası ərzində "Neftçi", "Simurq", "Rəvan", AZAL, "Sumqayıt", "Keşlə", "Zirə", "Şamaxı" klublarının qapısını qoruyub.
Rəşad Rafiqoğlu, Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Страницы
- Рейтинг
- Погода
- Валюта