RU

Mərkəzi Bankın 252 günlük notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib

23 may 2024-cü il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (ARMB) AZ2260024701 dövlət qeydiyyat nömrəli 15 milyon manat həcmində 252 gün tədavül müddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.

Hərracı zamanı 7 investor tərəfindən qiymət intervalı 94696.9697 (8%) manat və 95011.8765 (7.5%) manat olan 7 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 23,800,000 manat olub.

Fins.az xəbər verir ki, ARMB-nin qərarına əsasən notların kəsmə qiyməti 94791.2223 (7.85%) manat və orta ölçülmüş qiyməti 94847.1218 (7.76%) manat olaraq müəyyən edilib.

Hərrac nəticəsində notların yerləşdirilmiş həcmi 15,000,000 manat təşkil edib. 

Notların ödəmə tarixi 30.01.2025-ci ildir.

Fuad Mədətov
Fins.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Избранный
185
4
fins.az

10Источники