24 may axşamdan 26 may axşamadək Bakıda və Abşeron yarımadasında fasilələrlə yağış yağacağı gözlənilir. Axşam yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. Mayın 25-də günün birinci yarısında şimal küləyi arabir 15-20 metr/saniyəyədək güclənəcək, Milli Hidrometeorologiya Xidmətinin xəbərdarlığında deyilir.
Mayın 24-27-də Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntı olacaq. Ayrı-ayrı yerlərdə yağıntı leysan xarakterli intensiv olacaq, şimşək çaxacaq, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.
Mayın 25-dən 26-ı gündüzədək şərq küləyinin 15-20 metr/saniyə, ayrı-ayrı yerlərdə arabir 23-28 metr/saniyəyədək güclənəcəyi gözlənilir.
Çaylarda qısamüddətli daşqın və sel gözlənilir.